İdman

PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO

14 Jul 2026, 13:15 2 baxış
PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO
Peşəkar Futbol Liqasının (PFL) təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri arasında intellektual yarış keçirilib. Oxu.Az xəbər verir ki, artıq ənənə halını alan turnir bu il beşinci dəfə təşkil olunub. 80-ə yaxın media nümayəndəsinin qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Çempionun taleyinə son turda aydınlıq gəlib. Turnirdə komandalara Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə çıxış edəcək 12 klubun adları verilib. Yekunda "Şamaxı" komandası turnirin qalibi olub. "Sabah" ikinci, "Kəpəz" isə üçüncü yeri tutub. Mükafatlandırma mərasimində qalib komandaya kubok və medallar təqdim olunub. Eyni zamanda, ilk üç yeri tutan komandalar pul mükafatı ilə təltif ediliblər. Bundan başqa, yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr verilib. Azərbaycan Kuboku mövzusunda suallara ən yaxşı cavab verən dörd komandanın üzvləri isə xatirə mükafatlarına layiq görülüblər.
{{gallery}}
PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər