İdman

Daha bir futbolçu "Qarabağ"dan gedir

14 Jul 2026, 13:11 1 baxış
Daha bir futbolçu "Qarabağ"dan  gedir

"Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Jeremi Qnali komandasını dəyişməyə yaxındır.


Belə ki, bu ilin qış transfer pəncərəsində Yunanıstanın AEK klubundan "Qarabağ"a cəlb edilən fransalı sol cinah müdafiəçisi gözləntiləri doğrultmayıb.


Artıq bir neçə komandadan təklif alan 24 yaşlı futbolçunu "Qarabağ" rəhbərliyi icarə əsasında başqa kluba göndərməyi planlaşdırır.


Qeyd edək ki, gənc oyunçunun Ağdam klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Mənbə axar.az

Oxşar Xəbərlər