Kriminal
Sürücü sürət həddini aşıb qəza törətdi, işıqfora çırpıldı - ANBAAN VİDEO
Ötən gecə paytaxtın Nəsimi rayonu, Mirzəağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az Avtosfer.az-a istinadla bildirir ki, qəza nəticəsində yolayrıcında quraşdırılmış işıqforun dirəyi zədələnərək yararsız vəziyyətə düşüb. İşıqforun bərpasınadək həmin ərazidə hərəkət iştirakçılarının daha diqqətli olmaları tövsiyə edilir.
Mənbə
oxu.az