Kriminal

Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı

14 Jul 2026, 09:40 2 baxış
Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə dünən rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. 2005-ci il təvəllüdlü Ayxan Budaqlı sakini olduğu kəndin ərazisində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərbi qulluqçu olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər