Tramp Qrehemin Rusiyaya sanksiyalarını dəstəkləyəcək - CNN
ABŞ Prezidenti Donald Tramp senator Lindsi Qrehemin təşəbbüsü ilə hazırlanmış və hər iki partiyanın dəstəklədiyi Rusiyaya qarşı sanksiyalar paketini dəstəkləyəcək.
Axar.az xəbər verir ki, bu barədə CNN Tramp administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, senator uzun illər ərzində Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi üzərində işləyib. Onun gözlənilməz ölümündən sonra isə layihənin daha tez səsverməyə çıxarılması istisna edilmir.
Bundan əvvəl Qrehem və demokrat senator Riçard Blumental bildirmişdilər ki, Tramp administrasiyası qanun layihəsini dəstəkləməyə hazırdır. Lakin Trampın şəxsi mövqeyi indiyədək tam aydın deyildi. O, daha əvvəl sanksiyaların tətbiqi zamanı prezidentin daha geniş səlahiyyətlərə malik olmasının vacibliyini vurğulamışdı.
Qeyd edək ki, amerikalı respublikaçı senator Lindsi Qrehem 71 yaşında ölüb.