Zelenskiyə təhlükə: Fyodorovla bağlı qərar veriləcək!
Ukraynanın müdafiə naziri Mixail Fyodorov tezliklə həddindən artıq yüksək reytinqinə görə vəzifəsindən azad edilə bilər. Çünki bu, Prezident Vladimir Zelenskinin reytinqinə təhlükədir.
Axar.az xəbər verir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin istefada olan zabiti İqor Lapin “Kiyev24” kanalında bildirib.
Lapinin sözlərinə görə, bunun başqa səbəbləri də ola bilər:
“Fyodorovun Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə münaqişəsi var. Sırski olub, var və olacaq, amma Fyodorovun harada olacağını hələ bilmirik".
Onun sözlərinə görə, Fyodorov “müdafiə təchizatına müdaxilə etdiyi, mahiyyət etibarilə bir çox müxtəlif sxemləri nəzərdən keçirmədiyi" üçün də vəzifəsindən azad edilə bilər.