Cəmiyyət

Münaqişələr həm də informasiya məkanında aparılır - Hacıyev

14 Jul 2026, 09:55 2 baxış
Münaqişələr həm də informasiya məkanında aparılır - Hacıyev

Sülh artıq təkcə diplomatiyadan deyil, həm də məsuliyyətdən asılıdır.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.


O bildirib ki, münaqişələr təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında aparılır.


"Ötən il Ermənistanla aparılan danışıqlar və əldə olunan razılaşmalar fonunda bəzi beynəlxalq media orqanlarında qərəzli və problemli materialların hələ də üstünlük təşkil etdiyi müşahidə edilib. Qarabağ münaqişəsi uzun illər beynəlxalq medianın diqqət mərkəzində olub. Bəzi beynəlxalq media qurumları bizi bu münaqişədə günahkar qismində təqdim etməyə çalışırdı. Bu isə təəssüf doğururdu. Qarabağ münaqişəsindən danışarkən qeyd etməliyik ki, bizim məqsədimiz yalnız öz suverenliyimizi bərpa etmək idi və biz buna nail olduq. Buna baxmayaraq, beynəlxalq mediada Azərbaycana qarşı qərəzli yanaşmalar davam edirdi", - o vurğulayıb.


Onun sözlərinə görə, yenidənqurma həmişə mümkündür:


"Burada gənclər və uşaqlara diqqət çəkməliyik. Dünyanın hər yerində uşaqları və gəncləri sosial medianın zərərlərindən qorumağı müzakirə edirlər. Bu, məhdudlaşdırma deyil".

Mənbə axar.az

Oxşar Xəbərlər