İdman

Kriştianu Ronaldunun komandası maliyyə çətinlikləri yaşayır: Oyunçuların əməkhaqları ödənilmir

14 Jul 2026, 01:00 3 baxış
Kriştianu Ronaldunun komandası maliyyə çətinlikləri yaşayır: Oyunçuların əməkhaqları ödənilmir
Futbol üzrə Səudiyyə Ərəbistanı çempionu "Ən-Nəsr" klubu maliyyə çətinlikləri ilə üzləşib və iyun ayı üzrə bütün futbolçularına tam maaş ödəyə bilməyib. Oxu.Az xəbər verir ki, bu barədə "Arriyadiyah" qəzeti məlumat yayıb. Mənbənin məlumatına görə, bir neçə futbolçu yayın ilk ayı üçün maaşını tam həcmdə almayıb. Bununla belə, klub rəhbərliyi yaxın vaxtlarda məvacibləri tam ödəmək üçün çalışır. Bildirilir ki, maliyyə problemləri müqaviləsinin müddəti başa çatdıqdan sonra komandadan ayrılan xorvatiyalı yarımmüdafiəçi Marselo Brozoviçi əvəz edəcək əcnəbi futbolçunun transferi prosesini də dayandırıb. Klub maliyyə vəziyyətinin qeyri-müəyyən olması səbəbindən potensial yeni oyunçularla danışıqlar aparmır. "Ən-Nəsr" ötən mövsüm 2019-cu ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub. Komandanın heyətində beşqat "Qızıl top" mükafatının sahibi, portuqaliyalı Kriştianu Ronaldu çıxış edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər