İdman

"Çelsi"nin braziliyalı futbolçusu klubunu dəyişdi - FOTO

13 Jul 2026, 19:54 4 baxış
"Çelsi"nin braziliyalı futbolçusu klubunu dəyişdi - FOTO
"Çelsi" klubunun braziliyalı futbolçusu Andrey Santos London klubunu "Mançester Yunayted"ə dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb. 22 yaşlı oyunçu ilə imzalanan yeni müqavilənin müddəti 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Qeyd edək ki, braziliyalı futbolçu "Çelsi"nin heyətində meydana çıxdığı 47 qarşılaşmada 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əvvəl yarımmüdafiəçi Fransanın "Strasburq", İngiltərənin "Nottingem Forest" və Braziliyanın "Vasko da Qama" komandalarının şərəfini qoruyub.
Daha əvvəl "Mançester Yunayted" klubu Belçika millisinin və "Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tlemansın transferi ilə bağlı da razılıq əldə edib.
"Çelsi"nin braziliyalı futbolçusu klubunu dəyişdi - FOTO "Çelsi"nin braziliyalı futbolçusu klubunu dəyişdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər