İdman

Görün Keyn Bekhemə nə hədiyyə etdi - Foto

13 Jul 2026, 18:31 2 baxış
Görün Keyn Bekhemə nə hədiyyə etdi - Foto

İngiltərə millisinin kapitanı Harri Keyn yığmanın keçmiş kapitanı Devid Bekhemə xatirə olaraq “Legacy” kepkasını hədiyyə edib.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, kepkanın üzərində onun debütant nömrəsi qeyd edilib.


Bekhem 1078 nömrəli kepkanı alıb. Bu o deməkdir ki, Bekhem İngiltərə yığması yarandığı gündən onun formasını geyinən 1078-ci oyunçudur.


Müqayisə üçün, Harri Keyn 1207 nömrəli kepkanı taxır. Mərasim İngiltərə yığmasının DÇ oyununa hazırlaşmaq üçün gəldiyi “İnter Mayami” məşq meydançasında baş tutub.

Mənbə axar.az

Oxşar Xəbərlər