İdman
Belçika millisinin futbolçusu "Mançester Yunayted"ə keçdi
İngiltərənin "Mançester Yunayted" klubu Belçika millisinin və "Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tlemansın transferi ilə bağlı razılıq əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata görə, belçikalı futbolçu yaxın vaxtlarda "qırmızı şeytanlar"ın düşərgəsinə qoşulacaq. Bir müddət əvvəl mediada "Mançester Yunayted"in bu transfer üçün təxminən 41 milyon avro ödəyəcəyi barədə məlumatlar yayılmışdı. Ötən mövsüm Tlemans iştirak etdiyi bütün turnirlərdə ümumilikdə 34 oyuna çıxaraq, iki qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb. O, yığmasının 1/4 finala qədər irəlilədiyi DÇ-2026-da Belçika millisinin aparıcı üzvlərindən biri olub.
Mənbə
oxu.az