Digər
Simas Klensi: "LinkedIn" şəbəkəsi uşaqlar üçün nəzərdə tutulmayıb, dəqiq auditoriyası var"
"LinkedIn" şəbəkəsi uşaqlar üçün nəzərdə tutulmayıb, dəqiq auditoriyası var". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "LinkedIn" şirkətinin ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Simas Klensi IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: mövcud çağırışlar və əsas həll yolları" mövzusunda yan tədbirdə deyib. Onun sözlərinə görə, "LinkedIn" sosial media deyil. Bu platformada insanlar nə istədiklərini bilirlər: "Qlobal iqtisadiyyat orada təmsil olunur. Hökumətlər təhsil, marketinq aləti kimi bu platformadan istifadə edirlər. Azərbaycanda da çox sayda hökumət orqanı bu platformadan istifadə edir". Satış rəhbəri əlavə edib ki, platforma mütəxəssisləri qaydaları pozan materialların qarşısını daha tez ala bilirlər: "2019-cu ildən etimad mövqeyində irəlidəyik. Bizim platformanı 24/7 əsasda monitorinq edən xüsusi etibarlı və təhlükəsizlik üzrə komandamız var. Onların işi zərərli kontentləri aşkar edib platformadan kənarlaşdırmaqdır".
Mənbə
oxu.az