Digər
1601-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1601-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 180 451 PUA-sı, 665 zenit-raket kompleksi, 30 143 tank və digər zirehli texnikası, 1 757 reaktiv yaylım atəş sistemi, 35 747 artilleriya və minaatanı, 66 376 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az