İdman

Mahir Emrelidən daha bir imtina: İsrail nəhənginin təklifini geri çevirdi

13 Jul 2026, 17:38 2 baxış
Mahir Emrelidən daha bir imtina: İsrail nəhənginin təklifini geri çevirdi
Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" komandasının futbolçusu Mahir Emrelinin transfer təklifindən imtina etdiyi daha bir klub müəyyənləşib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub. "Makkabi" (Hayfa) azərbaycanlı forvardı heyətinə qatmaq istəyib. Lakin oyunçu təklifdən imtina edib. Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir. Daha əvvəl Kiprin APOEL klubunun da təklifindən imtina edən futbolçu iddialı və avrokuboklarda çıxış edən klubla anlaşmaq niyyətindədir. Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər