İdman

Xorvatiya millisi "Beşiktaş"ın keçmiş baş məşqçisinə tapşırıldı

13 Jul 2026, 16:34 1 baxış
Xorvatiya millisi "Beşiktaş"ın keçmiş baş məşqçisinə tapşırıldı
Xorvatiya millisinin yeni baş məşqçisi postuna Slaven Biliç gətirilib. Oxu.Az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə imzalanan müqavilənin müddəti barədə hələlik heç bir məlumat verilmir. Biliç 2017-ci ildən yığmanı çalışdıran Zlatko Daliçi əvəzləyib. Daliçin rəhbərliyi altında komanda 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında gümüş, 2022-ci ildə Qətərdə baş tutan mundialda bürünc medallar qazanıb, 2023-cü ildə isə Millətlər Liqasının gümüş mükafatçısı olub. 2026-cı ilin dünya çempionatında (DÇ-2026) isə Xorvatiya yığması pley-offa yüksələrək 1/16 finalda Portuqaliya millisinə məğlub olaraq mundialı tərk edib. Hazırda 57 yaşı olan Biliçin son iş yeri 2023-2024-cü illərdə çalışdırdığı Səudiyyə Ərəbistanının "Əl-Fateh" klubu olub. Biliç 2006-2012-ci illərdə də Xorvatiya millisinə rəhbərlik edib və onun rəhbərliyi altında komanda iki dəfə Avropa çempionatında (2008, 2012) iştirak edib. O, karyerası boyunca Türkiyənin "Beşiktaş", İngiltərənin "Vest Hem", "Vest Bromviç" və "Uotford", Səudiyyə Ərəbistanının "Əl-İttihad" klublarını da çalışdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər