İdman

"Qarabağ"ın transfer hədəfi Türkiyə klubunu seçdi

13 Jul 2026, 17:02 2 baxış
"Qarabağ"ın transfer hədəfi Türkiyə klubunu seçdi
Serbiyanın "Partizan" klubunda forma geyinən bosniyalı müdafiəçi Nihad Mujakiç karyerasını Türkiyədə davam etdirəcək. Oxu.Az-ın yerli mətbuata istinadla verdiyi xəbərə görə, "Erzurumspor" rəhbərliyi bu transferi reallaşdırmaq üçün "Partizan"la ortaq məxrəcə gələ bilib. Belə ki, Türkiyə təmsilçisinin irəli sürdüyü 400 min avroluq təklif Serbiya klubu tərəfindən müsbət qarşılanıb. Məlumata əsasən, müdafiəçinin xidmətində maraqlı olan klublar sırasında Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb. Lakin Ağdam klubu bu transfer yarışından məğlub ayrılıb. Prosesin uğursuzluqla nəticələnməsinə başlıca səbəb kimi maliyyə məsələləri göstərilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər