Digər

Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı

13 Jul 2026, 16:17 2 baxış
Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı

Böyük Britaniya rəsmi olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.


Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.


Məlumata görə, Böyük Britaniyada bu təşkilata üzvlük, onun iclaslarında iştirak etmək və ya simvollarını ictimaiyyətə nümayiş etdirmək artıq cinayət hesab olunur.


Təhlükəsizlik naziri Angela İql parlamentə yazılı açıqlamasında bildirib ki, Böyük Britaniya SEPAH-la əlaqəli fəaliyyətin Böyük Britaniya ərazisində həyata təhdid və qorxutma ilə əlaqəli olduğunu müəyyən edib.

Mənbə axar.az

Oxşar Xəbərlər