Kriminal
Bakıda çox sayda avtomobil qəzası olan küçədən şikayət: AYNA əraziyə baxış keçirəcək - VİDEO
Bakının Xətai rayonunda yerləşən Rahib Məmmədov küçəsində yol-nəqliyyat hadisələrinin tez-tez baş verməsi sakinlərin narahatlığına səbəb olub. Oxu.Az-ın qaynar xəttinə göndərilən videogörüntüdə növbəti qəzanın baş verdiyi əks olunub. İddialara görə, bu ərazidə yol-nəqliyyat hadisələri mütəmadi olaraq qeydə alınır. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən əraziyə baxış keçiriləcək.
Mənbə
oxu.az