İdman
Oveçkin Floridada Messinin qonşuluğunda yeni mənzil alıb - FOTO
ABŞ-nin "Vaşinqton Kapitals" hokkey komandasının rusiyalı hücumçusu və kapitanı Aleksandr Oveçkin əvvəlki mənzilinin yerləşdiyi yaşayış kompleksində yeni mənzil alıb. Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, hokkeyçinin 40-cı mərtəbədə yerləşən yeni mənzili ona 2.1 milyon dollara başa gəlib. Ümumi sahəsi 222 kvadratmetr olan mənzilə dörd yataq otağı, dörd hamam otağı və bir qonaq sanitar qovşağı daxildir. Oveçkinin mənzilinin yerləşdiyi binanın yaxınlığında futbolçu Lionel Messinin mənzil aldığı göydələn yerləşir. Oveçkinin elə bu kompleksin 20-ci mərtəbəsində daha bir mənzili var.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az