İdman

Dieqo Forlan Uruqvay millisinin baş məşqçisi təyin olunub

13 Jul 2026, 01:06 1 baxış
Dieqo Forlan Uruqvay millisinin baş məşqçisi təyin olunub
2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu seçilən Dieqo Forlan Uruqvay futbol millisinin baş məşqçisi təyin olunub. Oxu.Az xəbər verir ki, bu barədə "Marca" qəzeti Uruqvay Futbol Assosiasiyasının prezidenti İqnasio Alonsoya istinadən məlumat yayıb. Müqavilə 2027-ci ilin martınadək nəzərdə tutulub. Forlan bu vəzifədə 2023-cü ildən komandaya rəhbərlik edən Marselo Byelsanı əvəzləyib. Onun rəhbərliyi altında Uruqvay millisi 2026-cı il dünya çempionatına vəsiqə qazansa da, turnirdə pley-off mərhələsinə yüksələ bilməyib. Komanda qrup mərhələsində Səudiyyə Ərəbistanı (1:1) və Kabo-Verde (2:2) milliləri ilə heç-heçə edib, İspaniyaya isə 0:1 hesabı ilə uduzub. 47 yaşlı Forlan 2019-cu ilin dekabrında Uruqvayın "Penyarol" klubunun baş məşqçisi təyin olunsa da, 2020-ci ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılıb. O, 2021-ci ilin martında Uruqvayın "Atenas" komandasına rəhbərlik edib və bu postda altı ay çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər