İdman
Yannik Sinner Uimbldon turnirinin qalibi oldu
Dünyanın bir nömrəli tennisçisi Yannik Sinner Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Uimbldon turnirinin finalında almaniyalı həmkarı Aleksandr Zverevə qalib gəlib. Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb. 3 saat 46 dəqiqə davam edən qarşılaşma 6:7 (7:9), 7:6 (7:2), 6:3, 6:4 hesabı ilə Sinnerin xeyrinə başa çatıb. Qeyd edək ki, Yannik Sinner ötən il də Uimbldon turnirində qalib gəlmişdi. Bu, Sinnerin "Böyük Dəbilqə" turnirlərində beşinci, ATP karyerasında isə 30-cu tituludur. Zverev isə ilk dəfə Uimbldonun finalında çıxış edib. Onun ümumilikdə 25 ATP titulu var.
Mənbə
oxu.az