İdman

Çexiyada faciə: Motoyarış zamanı iki idmançı həlak oldu - FOTO

12 Jul 2026, 19:12 1 baxış
Çexiyada faciə: Motoyarış zamanı iki idmançı həlak oldu - FOTO
Çexiyada "Alpe Adria International Motorcycle Championship" (AAIMC) seriyası çərçivəsində keçirilən yarış zamanı baş verən qəzada iki motosikletçi həlak olub. TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Motosiklet İttifaqının (FIM Europe) mətbuat xidməti xəbər yayıb. Yarış Çexiyanın Brno şəhərində keçirilib. Qəza nəticəsində 32 yaşlı avstriyalı Filipp Ştaynmayr və 43 yaşlı rumıniyalı Adrian Rus dünyasını dəyişib. Ştaynmayr qəzadan dərhal sonra hadisə yerində, Adrian Rus isə ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib. "FIM Europe"un mətbuat xidmətinin bildirdiyinə görə, qəzadan sonra həftəsonu keçirilməsi nəzərdə tutulan bütün yarışlar ləğv edilib.
Çexiyada faciə: Motoyarış zamanı iki idmançı həlak oldu - FOTO Çexiyada faciə: Motoyarış zamanı iki idmançı həlak oldu - FOTO
Mənbə oxu.az