İdman
Bu qərar Belçika millisinin sonunu gətirdi - İbra
İsveç millisinin bütün zamanların ən çox qol vuran oyunçusu Zlatan İbrahimoviç Belçika millisinin baş məşqçisi Rudi Qarsiyanın DÇ-2026-nın 1/4 finalında İspaniyaya qarşı oyunda ciddi səhvə yol verdiyini bildirib.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, İbra Tibo Kurtuanın əvəzlənməsinin səhv qərar olduğunu vurğulayıb.
“Bu məğlubiyyətə görə baş məşqçi məsuliyyət daşıyır. Bu qərar Belçikaya məğlubiyyət gətirdi”, – İbrahimoviç deyib.
Qeyd edək ki, DÇ-2026-nın 1/4 finalında İspaniya Belçikanı 2-1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.
Mənbə
axar.az