İdman

Makqreqor Holloueyə məğlubiyyətindən danışıb - FOTO

12 Jul 2026, 11:24 31 baxış
Makqreqor Holloueyə məğlubiyyətindən danışıb - FOTO
İki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor Maks Hollouey ilə döyüşdəki məğlubiyyətini şərh edib. Oxu.Az xəbər verir ki, Makqreqor döyüşlə bağlı təəssüratını "X" sosial şəbəkəsindəki hesabında bölüşüb. "Başım sanki sıradan çıxmış mühərrik kimidir, tamamilə dayanmışam. O, darmadağın olub. Döyüşdən əvvəl heç bir zədəm yox idi. Bütün təlim-məşq toplanışı zamanı, eləcə də oktaqona çıxmazdan əvvəl pərdəarxasında heç bir problem olmadan təpik vurur, tullanır və hərəkət edirdim. Bu, gözlənilmədən baş verdi. Zülmət içindəyəm. Bunu yalnız cəhənnəm kimi təsvir edə bilərəm", - deyə Makqreqor yazıb. Xatırladaq ki, Makqreqor Las-Veqasda keçirilən UFC 329 turnirində Maks Holloueyə texniki nokautla məğlub olub.
Makqreqor Holloueyə məğlubiyyətindən danışıb - FOTO Makqreqor Holloueyə məğlubiyyətindən danışıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər