İdman

DÇ-2026: İngiltərə millisi adını yarımfinala yazdırdı - VİDEO

12 Jul 2026, 03:54 3 baxış
DÇ-2026: İngiltərə millisi adını yarımfinala yazdırdı - VİDEO
Futbol üzrə dünya çempionatında (DÇ-2026) daha bir yarımfinalçının adı məlum olub. Oxu.Az xəbər verir ki, Mayami stadionunda keçirilən matçda İngiltərə millisi əlavə vaxtın yekununda Norveçə 2:1 hesabı ilə qalib gəlib. Hesabı 36-cı dəqiqədə norveçli Andreas Şelderup açıb. 45+2-ci dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib və matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda, 93-cü dəqiqədə Cud Bellingem dubl edərək ingilisləri yarımfinala çıxarıb. İngiltərə millisi növbəti mərhələdə Argentina - İsveç cütünün qalibi ilə oynayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər