İdman

Hacı Kərimov Avropa çempionu oldu

12 Jul 2026, 00:27 4 baxış
Hacı Kərimov Avropa çempionu oldu

Azərbaycan güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.


Bu barədə Axar.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.


Altıncı yarış günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.


Məhəmməd İsmayılov (57 kq) fransalı Qaspar Şenuya (11:0), Bəşir Verdiyev (65 kq) isə macarıstanlı Mozes Lasloya (12:1) tam üstünlüklə qalib gələrək bürünc medal qazanıb.


Hacı Kərimov (70 kq) finalda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbəylə Avropa çempionu olub.


Elcan İsmayılzadə (79 kq) təsəlliverici görüşlərdə ispaniyalı David Kodakovla (11:0) irlandiyalı Deklan Blaya (10:0) tam üstünlüklə qalib gəlib. Güləşçimiz ermənistanlı Narek Nikoqosyanla bürünc medal görüşündə hesabda 10:4 öndə olarkən "tuş"la məğlub olub.


Fərhad Süleymanlı (97 kq) finlandiyalı Yoona Yunnilaya 4:1 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Mənbə axar.az

Oxşar Xəbərlər