Misirlilər tənqid etmişdi, FİFA rəhbərindən gözlənilməz addım
FİFA prezidenti Canni İnfantino DÇ-2026-da tarixi uğura imza atan Misir millisinin çıxışını yüksək qiymətləndirib.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, o, sosial media hesabında Misir yığmasının fotolarını paylaşaraq futbolçulara təşəkkür edib. İnfantino DÇ-2026 Misir futbolunun tarixində xüsusi yer tutacağını bildirib:
"Təşəkkür edirəm. DÇ-2026 Misir futbolunun tarixində hər zaman xüsusi yer tutacaq. Bu, komandanın pley-off mərhələsinə ilk vəsiqəsi və qrup mərhələsində qazandığı ilk qələbədir. Sizin çıxışınız həm ölkənizdəki, həm də dünyanın müxtəlif yerlərində yaşayan azarkeşləriniz üçün ilham mənbəyi oldu. Bu yay yaratdığınız xatirələr bütün Misir futbolsevərlərinin yaddaşında uzun illər qalacaq".
Qeyd edək ki, Misir millisi DÇ-2026-da tarixində ilk dəfə qrup mərhələsini adlayıb. Komanda 1/16 finalda Avstraliyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırsa da, 1/8 finalda Argentinaya 3-2 hesabı ilə uduzub. Bu matçdan sonra Misirin futbol funksionerləri FİFA-nı kəskin tənqid etmiş, qurumun Messinin komandasının uğuru üçün çalışdığını iddia etmişdi.