Digər

Venesuelaya Rubio nəzarət edir, qərarlar verir

11 Jul 2026, 20:07 3 baxış
Venesuelaya Rubio nəzarət edir, qərarlar verir

ABŞ Dövlət katibi Marko Rubio faktiki olaraq Venesuelanın maliyyə sektoruna, onun təbii sərvətlərinin bölüşdürülməsinə və hökumətin fəaliyyətinə nəzarət edir.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.


Mənbələrin sözlərinə görə, həmçinin Rubio Venesuelaya qarşı tətbiq olunan sanksiyalara nəzarət edir və bu ölkədə kimlərin hansı şərtlərlə biznes fəaliyyəti göstərə biləcəyinə qərar verir.


Digər tərəfdən, Rubio Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigezlə mütəmadi əlaqə saxlayır və onlar ispan dilində Votsap vasitəsilə mesajlaşırlar.


Nəşrin yazdığına görə, Venesuela müxalifətinin keçmiş parlament üzvü Mariya Korina Maçadoya gəlincə, Rubio son aylarda ondan müəyyən qədər uzaqlaşıb.


ABŞ-ın Venesuela ilə apardığı uğurlu siyasət Marko Rubionun siyasi gələcəyinə təsir göstərə bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər