Kriminal

Qobustanda ağır QƏZA: Ölən var

11 Jul 2026, 21:08 2 baxış
Qobustanda ağır QƏZA: Ölən var
Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik maşını VAZ-2115 markalı avtomobillə toqquşub. Nəticədə VAZın sürücüsü, Mədət adlı şəxs hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər