Kriminal

Bakıda bu mərkəzin rəhbəri işçi tərəfindən qətlə yetirildi

11 Jul 2026, 21:32 3 baxış
Bakıda bu mərkəzin rəhbəri işçi tərəfindən qətlə yetirildi

İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzində orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Natiq Fətiyev münaqişə zəminində oranın rəhbəri, paytaxt sakini, 1985-ci il təvəlüldlü Babək Rəhimlini döyərək baş nahiyəsinə küt alətlə vuraraq öldürüb.


Axar.az APA-ya istinadla xəbər verir ki, daha sonra meyit Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atıb.


Polis əməkdaşları tərəfindən N.Fətiyev tutulub.


Araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər