Cəmiyyət
Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, iyulun 12-də şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Mənbə
axar.az