Şou biznes

Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO

11 Jul 2026, 13:04 5 baxış
Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO
Türkiyədə məşhurları hədəf alan narkotik qaçaqmalçılığı və fahişəliklə bağlı istintaq çərçivəsində həbs edilmiş portuqaliyalı model Tessi Ramos Korreyanın prokurorluğa verdiyi qalmaqallı ifadə gündəm olub. Model hətta İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə də bağlı etiraflar edib. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, Tessi Ramos Korreya İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, vəzifəsindən uzaqlaşdırılan Ekrem İmamoğlu, məşhur müğənni Haluk Levent və tanınmış iş adamı Emir Sarıgül ilə bağlı müxtəlif iddialar irəli sürüb. Model Ekrem İmamoğlu, Haluk Levent, Emir Sarıgül və həmçinin "Vatan Bilgisayar" şirkətinin sahibi Hasan Vatan ilə fərqli vaxtlarda münasibət yaşadığını iddia edib. Həmçinin bu görüşlərlə bağlı özünün telefonunda yazışmaların, fotoşəkillərin, videoların, dəlillərin olduğunu bildirib. Korreya telefonunda "Nadela Moldova" kimi yazılmış şəxsin onu varlı iş adamları ilə tanış etdiyini və bu münasibətlər vasitəsilə pul qazandığını deyib. Onun sözlərinə görə, 2021-ci ilin yayında Antalyadan yola düşən iki gəmidə tədbir təşkil edilib və orada təxminən 25-30 nəfər iştirak edib. Gəmilərin birində kişilər, digərində isə əsasən, əcnəbi qadınlar olublar. Tessi Ramos Korreya Ekrem İmamoğlu ilə orada cinsi əlaqədə olduqlarını, həmçinin tədbirdəki Olqa adlı rus qadınla İmamoğlunun bir-birini daha əvvəldən tanıdıqlarını deyib. O, İmamoğlunun narkotikdən istifadə etmədiyini, lakin kişilərin olduğu gəmidəkilərin və özünün istifadə etdiyini bildirib.

Korreya daha sonra 2021-ci ilin dekabr ayında Haluk Leventlə əlaqə saxladığını və onunla pul müqabilində üç dəfə cinsi əlaqədə olduğunu iddia edib. O, həmçinin Levent ilə birlikdə marixuana istifadə etdiklərini də qeyd edib. Korreya müğənnidən iki görüşün hər biri üçün 1 000 dollar aldığını, son ödənişin isə necə edildiyini xatırlamadığını söyləyib.

Tessi Ramos Korreya Emir Sarıgül ilə pul müqabilində üç dəfə cinsi əlaqədə olduğunu iddia edib. Eyni zamanda, Sarıgülün onun yanında kokaindən istifadə etdiyinə də şahid olduğunu bildirib.

Korreya Hasan Vatan ilə üç-dörd dəfə cinsi əlaqədə olduğunu və evində təşkil etdiyi məclislərə birdən çox qadının qatıldığını iddia edib. Lakin Vatanın narkotikdən istifadə etmədiyini əlavə edib.

Qeyd edək ki, təxminən bir aydır ki, həbsdə saxlanılan, tərcüməçi və iki vəkilin müşayiəti ilə ifadə verən Tessi Ramos Korreya çoxsaylı məşhurlarla pul müqabilində münasibətdə olduğunu, onlarla yazışmaları telefonunda saxladığını və narkotik istifadəsindən peşman olduğunu dilə gətirib.


Onun narkotik testlərində qanında kokain, benzoilekqonin və metilekqonin, sidik nümunəsində kokain və kokain metabolitləri benzoilekqonin və metilekqonin, saç nümunələrində marixuananın aktiv tərkib hissəsi olan THC, eləcə də kokain və onun metabolitləri benzoilekqonin və metilekqonin aşkar edilib. Bu iddiaların həqiqəti əks etdirib-etdirmədiyi rəqəmsal materiallar, əlaqə və məkan məlumatları, şahid ifadələri və digər dəlillərin istintaq orqanları tərəfindən birgə qiymətləndirilməsindən sonra məlum olacaq.
Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO Türkiyədə portuqaliyalı modeldən qalmaqallı iddia: Pul müqabilində tanınmış şəxslərlə görüşüb, Ekrem İmamoğlu, Haluk Levent... - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər