Cəmiyyət

Sabah 38 dərəcə isti olacaq - 12.07.2026

11 Jul 2026, 12:30 34 baxış
Sabah 38 dərəcə isti olacaq - 12.07.2026
Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28°, bəzi yerlərdə 32° isti olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər