İdman

Keniyalı qaçışçı 27 illik rekordu təzələdi

11 Jul 2026, 08:00 26 baxış
Keniyalı qaçışçı 27 illik rekordu təzələdi
Keniyalı qaçışçı Emmanuel Vanyoni Monakoda keçirilən yüngül atletika üzrə "Brilliant Liqa" mərhələsində 1 000 metr məsafəyə qaçışda dünya rekordu müəyyənləşdirib. RBK-ya istinadən xəbər verir ki, idmançı 2 dəqiqə 11.83 saniyəlik nəticə göstərərək, həmvətəni Noa Nqeninin 1999-cu ildən bəri qorunub saxlanılan 2 dəqiqə 11.96 saniyəlik əvvəlki dünya rekordunu yeniləyib. Qeyd edək ki, 1 000 metr məsafəyə qaçış irimiqyaslı turnirlərdə nadir hallarda medal sıralamasına daxil edilir və Olimpiya Oyunlarının, yaxud dünya çempionatlarının proqramında yer almır. Xatırladaq ki, Emmanuel Vanyoni 800 metr məsafəyə qaçışda 2024-cü il Olimpiya çempionu və 2025-ci ilin dünya çempionudur.
Mənbə oxu.az