İdman
Erməniəsilli jurnalist: "ABŞ eyni vaxtda iki fərqli ölkəyə - Bosniya və Herseqovinaya qarşı oynadı"
ABŞ-nin erməniəsilli teleaparıcısı Ana Kasparyan TYT telekanalının xəbərlər buraxılışında böyük coğrafi səhvə yol verib. O, ABŞ yığmasının dünya çempionatının 1/16 finalında eyni vaxtda iki fərqli ölkəyə - Bosniyaya və Herseqovinaya qarşı oynadığını iddia edib. bu barədə Matç TV-nin saytına istinadən xəbər verir. İyulun 1-də San-Fransiskoda keçirilən ABŞ - Bosniya və Herseqovina matçı amerikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində ABŞ-nin hücumçusu Folarin Baloqun qırmızı vərəqə alaraq meydandan qovulub. Canlı yayımda bu hadisəni şərh edən jurnalist deyib: "Baloqun ABŞ ilə Bosniya və Herseqovina arasındakı oyun zamanı qırmızı vərəqə alıb. Bunlar iki balaca ölkədir. ABŞ eyni vaxtda iki kiçik dövlətə qarşı mübarizə aparırdı". Qeyd edək ki, Bosniya və Herseqovina Balkan yarımadasında yerləşən vahid bir dövlətin rəsmi adıdır.
Mənbə
oxu.az