İdman

Azərbaycan güləşçisi Avropa çempionatının finalında

10 Jul 2026, 21:24 3 baxış
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıblar. Muhəmməd İsmayılov (57 kq) britaniyalı Dariuş Jovkarla (10:0) moldovalı Georgi Qaydarjiyə (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Maqomed Özdəmirova 2:4 hesabıyla məğlub olan Muhəmməd sabah bürünc medal uğrunda güləşəcək. Bəşir Verdiyev (65 kq) yunanıstanlı Pavlos Ntiantiadisi tam üstünlüklə (10:0), rusiyalı Səid Gerqokovu isə sonuncu xal prinsipinə əsasən (2:2) yarışdan kənarlaşdırsa da, yarımfinalda ermənistanlı Aren Hayrapetyana minimal fərqlə (5:6) məğlub olub. Bəşir sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq. Hacı Kərimov (70 kq) bolqarıstanlı Vladislav Seyzovla slovakiyalı Dominik Zavaçkiyə eyni hesabla (10:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz final yolunda rusiyalı Ramazan Abdulkadırovdan güclü olub - 7:0. Hacı sabah həlledici görüşdə fransalı Bayssanqur Bitmurzayevlə güləşəcək. Elcan İsmayılzadə (79 kq) təsnifat mərhələsində Maqomed Alibaxarçiyevə 0:4 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Elcan təsəlliverici görüşdə ispaniyalı David Kodakovla üz-üzə gələcək. Fərhad Süleymanlı (97 kq) rumıniyalı Balaş Lorinçə 12:5 hesabıyla, almaniyalı Tom Ulametsə isə tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Milli üzvü finalın bir addımlığında fransalı Asxab Dadayevə (2:4) məğlub olub və ümidini bürünc medala bağlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər