İdman
Kolumbiyalı futbolçu təhdidlərə görə mundialdan ölkəsinə qayıda bilməyib
Kolumbiya milli komandasının yarımmüdafiəçisi Xaminton Kampas DÇ-2026-nın 1/8 final mərhələsindən sonra aldığı təhdidlər səbəbindən nümayəndə heyəti ilə birlikdə vətəninə qayıtmayıb. xəbər verir ki, bu barədə jurnalist Kamilo Pinto sosial şəbəkə hesabında yazıb. Kolumbiya yığması DÇ-2026-nın 1/8 finalında İsveçrə komandasına məğlub olub (0:0, penaltilər seriyasında 3:4). Kampas oyunun 114-cü dəqiqəsində qol vurmaq üçün əldə etdiyi real şansı dəyərləndirə bilməyib. Matçdan sonra bəzi kolumbiyalı azarkeşlər sosial şəbəkələrdə futbolçunun paylaşımlarının altına onun özünə və ailəsinə qarşı fiziki zorakılıq və ölüm hədələri dolu şərhlər yazmağa başlayıblar. Xatırladaq ki, 1994-cü ildə Kolumbiya millisinin müdafiəçisi Andres Eskobar DÇ-1994-də ABŞ-yə qarşı oyunda (1:2) öz qapısına qol vurduğu və komanda qrupdan çıxa bilmədiyi üçün ölkəsinə qayıtdıqdan sonra azarkeş tərəfindən güllələnərək öldürülmüşdü. Həmin qatil sonradan 43 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Mənbə
oxu.az