İdman

Bu etimadı doğrultmaq üçün... - Elvin Cəfərquliyev

10 Jul 2026, 20:34 2 baxış
Bu etimadı doğrultmaq üçün... - Elvin Cəfərquliyev

Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Sizi çox sevirəm.


Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev azarkeşlərin ona verdiyi dəstəklə bağlı İnstaqram hesabında yazıb.


Qeyd edək ki, 25 yaşlı müdafiəçi bir müddət əvvəl baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilmişdi. Onun yay fasiləsində başqa kluba keçəcəyinə dair xəbərlər yayılmışdı. Lakin müdafiəçi yenidən Ağdam təmsilçisinin əsas heyətinə qayıdıb.

Mənbə axar.az

Oxşar Xəbərlər