İdman

"Qarabağ" Kabo-Verde millisinin hücumçusunu transfer edir?

10 Jul 2026, 19:29 3 baxış
"Qarabağ" Kabo-Verde millisinin hücumçusunu transfer edir?

"Qarabağ" Rusiyanın "Akron" klubunun hücumçusu Gilson Benşimolu heyətinə qatmaq istəyir.


Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Zona Russia" nəşri məlumat yayıb.


Məlumata görə, Ağdam təmsilçisi 24 yaşlı futbolçunu yaxından izləyir və onu yay transfer dönəmi üçün əsas namizədlərdən biri hesab edir.


Bildirilir ki, Kabo-Verde millisinin də formasını geyinən hücumçu "Qarabağ"ın transfer siyahısına daxil edilib.


"Qarabağ" klubunun Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hansısa bir futbolçunun keçidi ilə bağlı rəsmi məlumat olarsa, ictimaiyyətə açıqlanacaq.


Qeyd edək ki, Gilson Benşimol ötən mövsüm "Akron"un heyətində bütün turnirlərdə 24 oyunda meydana çıxaraq 10 qola imza atıb.

Mənbə axar.az

Oxşar Xəbərlər