Siyasət

Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO

09 Jul 2026, 19:48 1 baxış
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
İyulun 9-da müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb. Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, "Baykar" şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və həyata keçirilən birgə layihələr ölkələrimiz arasında mövcud olan tərəfdaşlığın inkişafına mühüm töhfələr verir. Müzakirələr zamanı tərəflər hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
{{gallery}}
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər