Siyasət

Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə saziş təsdiqləndi

09 Jul 2026, 16:25 39 baxış
Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə saziş təsdiqləndi
"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər