Dünya

ABŞ-də hindistanlı qanqsterlərə qarşı ağır ittihamlar irəli sürülüb

09 Jul 2026, 01:00 2 baxış
ABŞ-də hindistanlı qanqsterlərə qarşı ağır ittihamlar irəli sürülüb
ABŞ-də hindistanlı cinayətkar qruplaşmanın rəhbəri Lourens Bişnoy və onun əlaltılarına qarşı 2023-cü ildə Kanadada siqh liderinin qətlini təşkil etmək ittihamı irəli sürülüb. Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, hazırda 33 yaşı olan Bişnoy 2015-ci ildən bəri Hindistanda həbsxanada cəza çəkir. İstintaqın versiyasına görə, o, cinayəti məhz barmaqlıqlar arxasında olarkən idarə edib. Məlumata əsasən, 45 yaşlı Hardip Sinqh Nicar 2023-cü il iyunun 18-də Vankuver yaxınlığındakı siqh məbədinin qarşısında güllələnib. Nicar müstəqil Xalıstan siqh dövlətinin yaradılmasının tərəfdarı olub və bu fəaliyyətinə görə Hindistan hakimiyyəti tərəfindən terrorçu elan edilib. Qeyd edək ki, Nicarın qətli Kanada ilə Hindistan arasında ciddi diplomatik qalmaqala səbəb olmuşdu. İttihamların irəli sürülməsi ABŞ, Kanada və Avropada onlarla şəxsin həbs olunması ilə nəticələnən genişmiqyaslı əməliyyatın yekunudur. Saxlanılan şəxslərin hamısı Hindistanda yerləşən üç mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqəlidir. İstintaqın məlumatına görə, sözügedən qruplaşma dünya üzrə sifarişli qətllər, hədə-qorxu yolu ilə pul tələb etmə və narkotik ticarəti ilə məşğuldur. Prokurorlar bildirirlər ki, dəstə üzvləri tanınmış dini və siyasi xadimləri hədələyib, həmçinin Kaliforniya sakinlərindən pul tələb etməyə cəhd göstəriblər. Aparılan istintaq zamanı hüquq-mühafizə orqanları təxminən bir ton kokain, bir kiloqram heroin, onlarla odlu silah və 40 000 dollar nağd pul müsadirə ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər