Cəmiyyət

Dövlət qurmaq üçün niyə din lazım idi? - VİDEO

08 Jul 2026, 23:12 4 baxış
Dövlət qurmaq üçün niyə din lazım idi? - VİDEO
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışında tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO professoru və siyasi təhlilçi Rizvan Hüseynov qonaq olub. O, milli kimliyimiz, türk tarixində İslamın rolu, din-dövlət münasibətləri və Sovet dövründə kimliyimizdən uzaqlaşdırılma prosesi barədə fikirlərini bölüşüb.

Türklərin İslamı qəbul etməsinin onları zəiflədib-zəiflətmədiyi barədə sualı cavablandıran Rizvan Hüseynov bildirib ki, bu mövzu ətrafında müxtəlif fikirlər səslənsə də, məsələyə emosional deyil, rasional yanaşmaq lazımdır. Tarixçinin sözlərinə görə, İslamı qəbul etdikdən sonra türklər böyük siyasi və hərbi gücə çevrilib, geniş coğrafiyalarda dövlətlər qurub və uzun əsrlər boyu İslam dünyasının aparıcı qüvvəsi olublar: "Rasional yanaşdıqda, İslamı qəbul etdikdən sonra türklər bütün cahanın rəhbərinə çevrildilər. O dövrün supergücünü formalaşdırdılar. İslam bizi birləşdirdi və yeni stimul verdi. Türk-müsəlman vəhdəti bir cövhər oldu və İslam dinini də xilas etdi". Ekspert qeyd edib ki, İslamı qəbul etməyən türk topluluqları eyni miqyasda siyasi birlik və dövlətçilik gücü yarada bilməyiblər. Rizvan Hüseynovun fikrincə, türk-müsəlman sintezi türklərə həm mənəvi, həm siyasi, həm də hərbi müstəvidə böyük güc qazandırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər