Cəmiyyət

Sabah bəzi ərazilərdə işıq olmayacaq

08 Jul 2026, 23:36 2 baxış
Sabah bəzi ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan tələbatın qarşılanması məqsədilə iyulun 9-da bir sıra ərazilərdə təmir-quraşdırma işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq: 1. Yasamal rayonu: Saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə və İsmayıl Talıblı küçələrinin bir hissəsində; 2. Nizami rayonu: Saat 10:00-dan 14:00-dək Keşlə qəsəbəsi, Mətləb Ağayev və Mirzə Ələkbər Sabir küçələrinin bəzi ərazilərində; 3. Abşeron rayonu (Masazır qəsəbəsi): Saat 10:00-dan 16:00-dək Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində; 4. Səbail rayonu: Saat 10:00-dan 13:00-dək Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində (burada mövcud 400 kVA-lıq transformator 630 kVA gücündə olan yenisi ilə əvəzlənəcək). Qeyd olunan təmir-bərpa və yenidənqurma işləri başa çatdıqdan sonra abonentlər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər