Cəmiyyət

Sabah Bakının bu ərazisində işıq olmayacaq

08 Jul 2026, 23:06 3 baxış
Sabah Bakının bu ərazisində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 9-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.


Bu barədə Axar.az-a "Azərişıq" ASC-dən məlumat verilib.


Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayonun Abbas Mirzə Şərifzadə və İsmayıl Talıblı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Nizami RETSİ-nin ərazisində həyata keçirilən təmir-təftiş işləri zamanı Keşlə qəsəbəsi Mətləb Ağayev və Mirzə Ələkbər Sabir küçələrinin bəzi əraziləri saat 10:00-dan 14:00-dək gərginliksiz qalacaq.


Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində isə saat 10:00-dan 16:00-dək Rafiq Dünyamalıyev küçəsinin 1-ci–7-ci döngələrində enerjinin verilişində fasilə olacaq.


Səbail RETSİ-nin ərazisində 400 kVA gücündə Komplekt Transformator Məntəqəsi (KTM) 630 kVA gücündə yeni KTM ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Badamdar qəsəbəsi 3-cü yaşayış massivini əhatə edəcək.


Təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Mənbə axar.az

Oxşar Xəbərlər