Dünya
ABŞ-nin zərbələri nəticəsində ölən iranlı hərbçilərin sayı açıqlandı
İyulun 8-nə keçən gecə ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində səkkiz iranlı hərbçi həlak olub. SNN telekanalına istinadən xəbər verir ki, bu barədə İran ordusu bəyanat yayıb. "ABŞ-nin İranın cənub bölgələrinə qarşı bu səhər törətdiyi cinayətkar təcavüz nəticəsində Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin 8 hərbçisi Bəndər-Abbas və Buşəhrdə düşmən zərbələri nəticəsində həlak olub", - deyə bəyanatda vurğulanır. İran ordusu bu zərbələrə görə ABŞ-dən qisas alacağını bəyan edib. Qeyd edək ki, iyulun 8-də Ağ Ev tərəflər arasında baş verən zərbə mübadiləsindən sonra ABŞ və İran arasında atəşkəs rejiminin artıq qüvvədə olmadığını açıqlayıb.
Mənbə
oxu.az