Dünya
Tramp yeni sui-qəsd cəhdinin hədəfinə çevrilə biləcəyini düşünür
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitinin yekunlarına dair mətbuat konfransında yeni sui-qəsd cəhdinin hədəfi ola biləcəyini bildirib. Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, ABŞ lideri İranla bağlı sərt açıqlamalar verib: "İranın məhv edilməli şəxslər siyahısında birinci yerdəyəm", - deyə o, konfrans zamanı vurğulayıb. Xatırladaq ki, Donald Tramp bundan əvvəl də sui-qəsd cəhdləri ilə üzləşib. 2024-cü ildə Pensilvaniyada prezidentliyə namizəd olduğu dövrdə ona qarşı silahlı hücum edilmişdi. Hadisə nəticəsində Trampın qulağı yaralanmış, mitinq iştirakçılarından biri həlak olmuş, daha iki nəfər isə ağır yaralanmışdı. Hücum edən şəxs ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən zərərsizləşdirilmişdi. İyulun 8-də Tramp Vaşinqton və Tehran arasında qüvvədə olan atəşkəsin başa çatdığını bəyan edib. ABŞ-nin zərbələri bərpa etməsindən sonra o, İran rəhbərliyi barədə son dövrlərin ən sərt çıxışlarından birini edib. Tramp İran hakimiyyətini "cəmiyyətin tör-töküntüsü" adlandırıb və İran İslam Respublikasını Yaxın Şərqdə sabitlik naminə aradan qaldırılmalı olan "xərçəng şişi" ilə müqayisə edib. ABŞ prezidenti, həmçinin artıq danışıqların mənasız olduğunu bildirib.
Mənbə
oxu.az