Dünya
Tramp "Haber Global" telekanalının jurnalistinin sualını cavablandırdı - VİDEO
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitindən sonra təşkil olunan mətbuat konfransında "Haber Global" telekanalının jurnalisti Eda Tuğrulun suallarını cavablandırıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, Ağ Evin rəhbəri müxbirin Türkiyənin "F-35" qırıcıları proqramına qayıdıb-qayıtmayacağı, iki ölkə arasında müdafiə sənayesində əməkdaşlığın gələcəyi və münasibətlərin yeni mərhələyə qədəm qoyub-qoymaması ilə bağlı suallarını cavablandırıb.
Donald Tramp ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə Türkiyə ilə münasibətlərin yaxşı olmadığını vurğulayaraq, vəziyyətin artıq dəyişdiyini bildirib. O, yenidən prezident seçilməsindən sonra Türkiyə ilə ən yaxşı əlaqələrin qurulduğunu qeyd edib. "Türkiyə ilə çox güclü münasibətlərimiz var. Türkiyə böyük ölkədir, hərbi baxımdan çox qüvvətlidir və NATO-nun ən güclü ikinci ordusuna sahibdir. "F-35" qırıcıları ilə bağlı yekun qərarımı hələ verməmişəm. Rəcəb Tayyib Ərdoğan bir çox sahədə bizə çox kömək edib", - deyə ABŞ prezidenti əlavə edib.

Mənbə
oxu.az