Cəmiyyət

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

08 Jul 2026, 21:42 2 baxış
Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib.


Nazirlikdən Axar.az-a bildirilib ki, səfər çərçivəsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.


Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.


Görüşdə dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ötən ay Türkmənistan Prezidentinin geniş nümayəndə heyəti ilə Azərbaycana dövlət səfəri və dövlət başçılarının iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlər əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verib.


Tərəflər iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, qarşılıqlı fəaliyyətin şaxələndirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı layihələr və yeni tərəfdaşlıq imkanları barədə müzakirələr aparıblar.


Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Quvanc Ağacanovla görüşüb.


Görüşdə hər iki ölkənin zəngin enerji potensialının və təbii resurslarının iqtisadi tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi, eləcə də birgə enerji layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər