Dünya
NATO ölkələri Ukrayna ilə bağlı öhdəlik götürdülər - 70 milyardlıq dəstək
NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracaqlar. Onlar həmçinin 2027-ci ildə ölkəni ekvivalent səviyyədə dəstəkləməklə bağlı öhdəlik götürüblər. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ankarada keçirilən NATO sammitinin yekun bəyannaməsində bildirilir. "2026-cı il üçün NATO ölkələri Ukrayna üçün hərbi texnika, yardım və təlim proqramlarına 70 milyard avro ayırmağı öhdələrinə götürüblər. Bu dövlətlər dəstək üzrə öz suveren öhdəliklərini 2027-ci ildə ən azı ekvivalent səviyyədə saxlayacaqlar", - deyə sənəddə qeyd olunur.
Mənbə
oxu.az